SMM dərsləri 01 – Sosial media üzərindən satışlar necə artırmaq olar?
Sosial mediada satışları artırmağın yolları

I help solo entrepreneurs build strong brands and grow their sales by using storytelling, artificial intelligence tools, digital marketing, and business systemization.
Təsəvvür et ki, şəhərin ən gözəl küçəsində bir mağaza açmısan. İçini də bəzəmisən, məhsullarını da düzmüsən. Amma problem budur ki, kimsə bilmir sənin mağazan haradadır. Çöldə nə lövhə var, nə vitrin, nə də qapısında bir yazı. Kim gəlib səni tapacaq?
Sosial media da eynilə belədir. Statista araşdırmasına görə, dünyada 4.8 milyard insan sosial media istifadə edir, lakin bir çox sahibkar səhifə açır, amma onu doğru-düzgün hazırlamır. Halbuki sosial media sənin virtual mağazandır.
Həyati əhəmiyyətli ilk 5 saniyə qaydası
Ona daxil olan izləyici ilk 5 saniyədə aşağıdakı suallara cavab tapmalıdır:
Bu səhifədə nə satılır?
Bu məhsul / xidmət kim üçündür?
Güvənə bilərəm?
Necə əlaqə saxlaya bilərəm?
Nielsen Norman Group tədqiqatına əsasən, istifadəçilər orta hesabla 10-15 saniyə ərzində səhifəni tərk etmək qərarı verirlər. Əgər bu suallar cavabsızdırsa, demək, sənin mağazan hələ "açılmayıb".
Sual-cavab: Səhifə effektivliyi necə ölçülür?
S: Sosial media səhifəmin effektiv olub-olmadığını necə anlaya bilərəm?
C: Aşağıdakı göstəricilərə baxın:
Səhifə ziyarətçilərinin neçə faizi izləyiciyə çevrilir?
Bio linkində neçə kliklənmə var?
Profil fotosu və bio arasında uyğunluq varmı?
İlk dəfə gələn ziyarətçi 10 saniyə ərzində nə etdiyinizi anlayırmı?
S: Hansı elementlər ən vacibdir?
C: Prioritet sırası belədir:
Profil foto (marka identifikasiyası)
Bio (dəyər təklifi)
Əlaqə məlumatları (konversiya)
Highlight-lar (sosial sübutlar)
Profil elementlərinin detallı strategiyası
Profil fotosu: Rəqəmsal vitrin qurmaq
Profil foto sizin brendinizin ilk təəssüratıdır. Social Media Examiner araşdırmasına görə, tutarlı vizual identifikasiya olan brendlər 23% daha çox tanınırlıq qazanırlar.
Effektiv profil foto elementləri:
Yüksək keyfiyyət: Minimum 400x400 piksel
Brand rəngləri: Korporativ identifikasiya
Sadəlik: Çox detaldan qaçının
Oxunaqlılıq: Kiçik ölçüdə də aydın görünməli
Nümunə ssenarisi:
Restoran sahibi üçün: Logo + əsas rəng palitrası + minimal mətn.
Kosmteoloq üçün: Peşəkar foto + brendin simvolu.
Onlayn kurs müəllimi üçün: Yüz foto + kurs mövzusu simvolu.
Bio optimallaşdırması: qapı lövhənizi hazırlayın
Instagram-ın rəsmi araşdırmasına görə, effektiv bio olan hesablar 30% daha çox profil kliki alır.
Bio strukturunun anatomiyası:
Kim olduğunuz (5-10 söz)
Nə etdiyiniz (problem həlli)
Kimə xidmət etdiyiniz (target auditoriya)
Call-to-Action (əlaqə dəvəti)
Sosial sübutlar (nailiyyətlər, rəqəmlər)
Yanlış bio nümunəsi:
"Xoş gəlmisiniz! Burada faydalı məlumatlar var."
Bu, mağazanın qapısında "Gəlin baxın, görün nə var" yazmaq kimidir.
Doğru bio nümunəsi:
"🎓 Abituriyentlər üçün onlayn qəbul hazırlığı
📊 500+ tələbə uğurla qəbul oldu
📚 Dərslər + məsləhətlər + dəstək
📲 Pulsuz konsultasiya üçün yazın"
Bax bu oldu başqa məsələ. Müştəri səhifəyə girən kimi dərhal kim üçün, nə üçün və nə ala biləcəyini anlayır.
Highlight strategiyası: virtual vitrin düzmək
Highlight-lar sizin ən güclü kontentinizin daimi nümayişidir. Hootsuite tədqiqatına görə, stories-ləri aktiv izləyən auditoriya 70% daha çox engagement göstərir.
Effektiv highlight kateqoriyaları:
Məhsul/Xidmət (əsas təklif)
Müştəri rəyləri (sosial sübutlar)
FAQ (tez-tez verilən suallar)
Proses (necə işləyir)
Komanda (güvənilirlik)
Nailiyyətlər (kredibillik)
Post strategiyası: mağaza içindəki təqdimat
Post-lar sizin "satış müzakirələrinizdir". Sprout Social araşdırması göstərir ki, dəyərli məzmun paylaşan brendlər 67% daha çox loyal müştəri qazanır.
Effektiv post növləri:
Təhsil verici məzmun (how-to, tips)
Sosial sübutlar (testimonial, case study)
Arxa planda (behind the scenes)
İnteraktiv məzmun (sual, sorğu)
Məhsul nümayişi (demo, tutorial)
Praktik tətbiq: 4 addımlı audit sistemi
Addım 1: profil foto analizi
Yoxlama siyahısı:
Şəkil 400x400+ piksel keyfiyyətdədir?
Brand rənglərini əks etdirir?
Kiçik ölçüdə oxunaqlıdır?
Peşəkar görünür?
Məhsul/xidməti təmsil edir?
Addım 2: bio effektivliyi
Yoxlama siyahısı:
150 simvoldan az?
Aydın dəyər təklifi var?
Target auditoriya göstərilir?
Call-to-action mövcuddur?
Əlaqə məlumatları əlçatandır?
Addım 3: əlaqə məlumatları
Yoxlama siyahısı:
WhatsApp nömrəsi aktiv?
E-mail cavab verir?
Website linki işləyir?
Fiziki ünvan (lazım olduqda) göstərilir?
İş saatları qeyd olunur?
Addım 4: ümumi təəssürat
Yoxlama siyahısı:
Səhifə peşəkar görünür?
İzləməyə dəyər məzmun var?
Müntəzəm yenilik paylaşılır?
Auditoriya ilə qarşılıqlı əlaqə var?
Brendin şəxsiyyəti əks olunur?
Nəticələr və tövsiyələr
Səmimi ol. Sən və mən bilirik ki, çox vaxt bu detallar unudulur. McKinsey araşdırması göstərir ki, personallaşdırılmış rəqəmsal təcrübə 40% daha çox konversiya gətirir.
Amma yaxşı xəbər budur ki, sən artıq bu vacib məsələnin fərqindəsən. İndi başla bu dediklərimə əsasən səhifəni qəşəngcə yenilə.
Əzcümlə:
İnstaqram səhifən susqun vitrin yox,
danışan və dəvət edən bir mağaza olsun.
Bunları tətbiq edin:
Profil audit - yuxarıdakı 4 addıma əməl et
Bio yenilə - dəyər təklifinizi aydınlaşdırın
5 highlight yaradın (məhsul, rəylər, FAQ, proses, əlaqə)
Əlaqə testləri - bütün əlaqə vasitələrini yoxlayın
Benchmark - rəqiblərinizin profillərinə baxın
Uğur göstəricisi: 7 gün ərzində profil ziyarətçilərinin konversiya artımı
Növbəti 2-ci dərsdə isə daha bir vacib addımı birlikdə atacağıq!
Əlavə Resurslar:
Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında ətraflı məlumat üçün buradan keçid edin.
İmamverdi Behbudlu ilə əlaqəyə keçmək və mentorluq proqramı haqqında ətraflı məlumat almaq üçün instaqram səhifəsini ziyarət edin.




