Skip to main content

Google və Meta Reklamlarında ROI-ni necə artırmaq olar?

Published 3 min readMarkdown
Google və Meta Reklamlarında ROI-ni necə artırmaq olar?

Giriş: Reklama pul xərcləmək yox, qazanc investisiya etmək istəyirsənsə, ROI-ni bilməlisən.

Azərbaycanda bir çox sahibkar reklama pul qoyur, amma geri dönüşünü (ROI) hesablaya bilmir. Halbuki ROI – yəni Return on Investment, reklam büdcəsinin real nəticəyə çevrilib-çevrilmədiyini göstərən ən əsas göstəricidir.

Misal: 100 AZN xərcləyib 500 AZN qazanc əldə etmisənsə, ROI = 400%

ROI nədir? (Sadə təriflə)

ROI (Investisiya Gəlirliliyi) – etdiyin reklam xərclərinin sənin üçün nə qədər gəlir gətirdiyini göstərən göstəricidir.

Formula:
ROI = (Qazanc – Xərc) / Xərc × 100

Məqsəd: Hər 1 AZN-lik reklamdan ən az 3–5 AZN gəlir almaq

Google və Meta Reklamlarında ROI-ni artırmaq üçün 5 əsas strategiya

1. Doğru auditoriyanı hədəflə

Meta üçün:

  • Lookalike Audience – ideal müştərinin oxşarlarını tap

  • Retargeting – saytına daxil olub çıxanlara reklam göstər

  • Interest Targeting – maraq dairəsinə görə dəqiq seçim

Google üçün:

  • Intent-based Search – konkret axtarış edən istifadəçilər

  • Custom Audiences – sayt və email siyahısına əsaslanan hədəfləmə

Azərbaycanda: “xalça təmizləmə Xırdalan” kimi axtaran biri alışa yaxındır – Google reklamında bu ifadəyə fokuslanmaq ROI-ni artırır.

2. A/B testlər et

  • Başlıqlar (headline)

  • Şəkillər / video

  • CTA düymələri

  • Reklam mətni

Həmişə eyni reklamı göstərmək ROI-ni azaldır. Müqayisə üçün test kampaniyaları qur.

3. Mobil uyğun vebsayt və landing page hazırla

  • Yükləmə sürəti: <2 saniyə

  • Aydın CTA: “İndi al”, “Pulsuz əldə et”

  • Sadə və diqqət yayındırmayan dizayn

İnsan klikləyib daxil olur, amma 4 saniyə yüklənir – çıxır. ROI sıfıra düşür.

4. Konversiya izlə və ölç

Facebook (Meta):

  • Meta Pixel – saytında izləmə qur

  • Konversiya eventləri: Add to cart, Purchase, Lead

Google:

  • Google Analytics + Tag Manager

  • Goal Conversion Tracking

ROI-ni bilmədən “çox baxılıb” demək sadəcə illüziyadır.

5. AI və ChatGPT ilə reklam məzmunu yarat

  • Reklam mətni ideyaları

  • Başlıq və call-to-action variantları

  • Persona əsaslı mesajlaşma

Misal prompt:
“Create 3 persuasive Facebook ad texts for a female skincare product targeting women aged 25–45 in Baku.”

Azərbaycana uyğun xüsusi taktikalar

  • Bayram öncəsi kampaniyalar (Novruz, Qurban, Yeni il)

  • Yerli dildə yazılmış reklam mətni (Ana dilində reklam daha çox klik gətirir)

  • Şəxsi video mesaj reklamları (az istifadə olunur – fərqlənmək üçün əla fürsət)

ROI-ni azaldan 5 tipik səhv

  1. Tək bir reklamla aylarca nəticə gözləmək

  2. Landing page olmadan yalnız profilə yönləndirmək

  3. Ucu-bucağı olmayan geniş hədəfləmə

  4. “Satış, Satış, Satış” tipli itələyici mətn

  5. Reklam sonrası analiz etməmək

Nəticə: Reklamda ROI-nin artırılması reklamın bitməsiylə yox, analizlə və optimizasiya ilə başlayır

ROI reklamın qan təzyiqidir – onu ölçmədən nəticəni görmək mümkün deyil. Sadə xərclə-nəticə balansı deyil, dərin analiz, doğru auditoriya və sistemli testlərlə ROI-ni 2x–5x artırmaq mümkündür.

Sizin üçün növbəti addım:

Əgər siz də brendiniz üçün reklam strategiyasını qurmaq, ROI-ni artırmaq, düzgün hədəfləmə və ChatGPT ilə fərqləndirici reklam mesajları hazırlamaq istəyirsinizsə – təlimlərimə qoşula, mentorluq proqramımda iştirak edə və xidmətlərimdən faydalana bilərsən:

📩 Instagram: imamverdibehbudlu
🌐 Vebsayt: behbudlu.com

About the author

  • Imamverdi Behbudlu is a storyteller, artificial intelligence (AI) specialist, and researcher. He is the founder of MAINSET Community and Behbudlu Academy, building AI workflows, business systems, and storytelling ecosystems.

No comments yet. Be the first to comment.

More from this blog