Skip to main content

Command Palette

Search for a command to run...

Niyə kontent marketinqi əksər bizneslər üçün istənilən effekti vermir?

Updated
4 min read
Niyə kontent marketinqi əksər bizneslər üçün istənilən effekti vermir?

Kiçik bir kofeşop sahibi olan Ayla, müştərilərinin sayını artırmaq istəyirdi. O, müvafiq sosial media platformalarında məzmun paylaşırdı, amma nəticələr onun istədiyi kimi deyildi. Paylaşdığı yazılar nə yeni müştərilər cəlb edə bildi, nə də mövcud müştərilərlə əlaqələri gücləndirdi. Ayla düşünürdü ki, problem məzmunun özündədir, amma əslində problem strategiyada idi.

Kontent marketinqi son illərdə çox populyar bir strategiyaya çevrilib. Məsələn, 2024-cü ilin statistikalarına görə, şirkətlərin böyük bir qismi kontent marketinqi ilə müştəri əlaqələrini gücləndirməyə çalışır. Amma bir çox biznes kimi Ayla da bu yanaşmanı tətbiq edərkən düzgün nəticə əldə edə bilmədi. Və öz-özünə bu sualı verdi: “Niyə kontent marketinqi əksər bizneslər üçün istənilən effekti vermir?”

Bu bloq yazımda, Aylanın sualına birlikdə cavab tapacağıq. Aylanın probleminin əsas səbəblərini araşdırıb həlli yollarını təqdim etmişəm.


1. Strategiya tam olmaması, ya da tamamilə yanlış olması

Bir çox biznes kontent marketinqini konkret strategiyasız tətbiq edir. Məsələn, yalnız sosial media postları paylaşaraq nəticə gözləyir və ya bloq yazılarını oxucunun ehtiyaclarına uyğunlaşdırmadan yayımlayırlar. Bu yanaşmalar isə adətən resurs israfına və gözlənilən nəticənin əldə edilməməsinə səbəb olur.

Məsələn, bir şirkət bloq yazıları yayımlayaraq SEO sıralamasında irəliləməyə çalışır, amma bu yazılar hədəf auditoriyanın problemlərini həll etmədikdə, nə trafiki artırır, nə də satış gətirir.

Nə etmək lazımdır?

  • Açıq bir strategiya hazırlayın: Kontent marketinqinin əsas məqsədi nədir? Daha çox müştəri qazanmaq, brend tanınırlığını artırmaq, yoxsa sadiq auditoriya yaratmaq?

  • Hədəf auditoriyasını anlamaq: Auditoriyanızın ehtiyaclarını, müsbət təsirlənə biləcəyi məzmun tiplərini öyrənin.


2. Auditoriyanı düzgün təyin edilməməsi

Hər şey hər kəs üçün ola bilməz. Bəzən biznes sahibləri kontentin hər kəsə təsir edəcəyini düşünürlər, bu da effektivliyi azaldır.

Nə etmək lazımdır?

  • Daraltılmış niş: Məzmunu spesifik bir auditoriya üçün hazırlayın.

    Məsələn, müştəri davranışlarını analiz edərək onların yaş qrupu, maraqları və həll etmək istədiyi problemlərə əsaslanan bir seqment yaradın. Bu, kontentin daha çox dəyər qatmasına və düzgün auditoriyaya çatmasına kömək edəcək.

  • Personalar yaradın: Müştəri personaları hazırlayaraq, hər bir məzmunu bu personaların maraqlarına uyğun dizayn edin.


3. Kəmiyyətin keyfiyyəti ötməsi

Bir çox biznes çoxlu kontent yaratmağı keyfiyyətli kontent yaratmaqdan üstün tutur. Halbuki, dəyər yaratmayan məzmun oxucuların diqqətini çəkə bilmir.

Nə etmək lazımdır?

  • Araşdırma aparın: Auditoriyanızın axtarış etdiyi konkret problemləri öyrənin. Bunun üçün sorğular keçirmək, sosial media rəylərini analiz etmək və ya müştərilərinizlə birbaşa müsahibələr aparmaq kimi üsullardan istifadə edə bilərsiniz. Ya da dərin empatiya qurub özünüzü onun yerinə qoya bilərsiniz.

  • Dəyərli məzmun yaratmağa fokuslanın: Faydalı məlumat, praktiki tövsiyələr və real nümunələr təklif edin.


4. SEO və ChatGPT optimizasiyasının gözardı edilməsi

Kontent hazırlayırlar, amma bu kontentin həqiqətən tapılması üçün optimizasiya etməyi unudurlar.

Nə etmək lazımdır?

  • Doğru açar sözləri araşdırın: Google kimi platformalarda, ChatGPT-də məzmununuzun tapılması üçün axtarış edilən açar sözlərdən istifadə edin. Google Keyword Planner auditoriyanızın hansı terminlərdən istifadə etdiyini öyrənməyə kömək edir, Ahrefs isə rəqiblərinizin hansı açar sözlərdə mövqeləndiyini göstərir.

  • Texniki SEO’ya diqqət yetirin: Sürət, mobil uyğunluq, meta təsviredici kimi faktorlara önəm verin.


5. Davamlı olmaması

Kontent marketinqi mütəmadilik tələb edir. Bir yazını və ya bir kampaniyanı bitirdikdən sonra fasilə vermək strategiyanın effektivliyini azaldır.

Nə etmək lazımdır?

  • Daimi təqvim hazırlayın: Kontent yaratma və yayım tarixlərinizi planlaşdırın.

  • Auditoriyanın gözü önündə olun: Mütəmadi olaraq faydalı məzmun təqdim etməklə etibar qazandırın.


6. Effektiv ölçümə alətlərindən istifadə edilməməsi

Kontent marketinqinin effektivliyini ölçmədən, nəyin işlədiyini və nəyin işləmədiyini anlamaq mümkün deyil.

Nə etmək lazımdır?

  • Analitika vasitələrini istifadə edin: Google Analytics, HubSpot kimi platformalardan, ya da istifadə etdiyiniz sosial medianın öz analtik alətlərindən kontentin təsirini izləyin.

  • KPI-ləri təyin edin: Trafik, dönüşüm nisbəti, şərh və paylaşımlar kimi ölçülə bilən faktorları izləyin.


Nəticə

Kontent marketinqdə effektiv olmaq üçün ətraflı planlama etmək, davamlı olmaq, keyfiyyəti qorumaq lazımdır. Amma ən təsirli nəticələr üçün hekayələr anlataraq auditoriyanızı cəlb edə bilən storitellinq əsaslı marketinq strategiyası qurmaq olduqca əhəmiyyətlidir. İnsanlar hekayələri sevir və hekayələr onları cəlb edir. Sizin biznesiniz də Storitellinqin gücündən istifadə edərək rəqabətdə fərqlənə bilər.

Əgər storitellinq əsaslı marketinq strategiyasını necə quracağınızı öyrənmək istəyirsinizsə, bizim bu istiqamətdə olan təlim və xidmətlərimizdən yararlana bilərsiniz.


Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında daha ətraflı məlumat üçün buradan keçid edin.

İmamverdi Behbudlu ilə əlaqəyə keçmək üçün instaqram səhifəsini ziyarət edin.

More from this blog

B

Behbudlu Agency - Bloq

31 posts

Hekayə(ni) danışırıq...