# SMM dərsləri 07 - Sosial media bir bağ kimidir

Bu məktub el dilində yazılmışdır. Əgər yazılanlar sənə çox sadə gəlsə, bu məktubun peşəkar dildə yazılmış versiyası da mövcudur. Peşəkar dildə yazılmış versiyasını oxumaq üçün linkə keçid et: Gün 7 — Dönüşüm nöqtəsi: Strategiyadan nəticəyə gedən yol

## İstəsən məktubu birgə oxuyaq? 👇

%[https://youtu.be/8ZkRpqdDans]

Təsəvvür et, bir həftədir ki, kiçik bir bağ salırsan. Torpağı belləmisən, toxum səpibsən, suvarmısan, günəşin altında çalışmısan.

Və nəhayət, ilk cücərtilər görsənir — yaşıl, təravətli, ümid dolu.

Sən də bu 7 gün ərzində sosial media bağını qurmağa başladın:

* Profilini düzəltdin ✅

* Müştərini tanıdın ✅

* Postlarını planlaşdırdın ✅

* Səmimi dil tapdın ✅

* Hətta nəyi reklam etmək lazım olduğun da öyrəndin ✅

Bu zəhmət yavaş-yavaş meyvə verəcək. Sən artıq sadəcə paylaşan biri deyilsən, praktiki düşünən və səni əsas məqsədə aparan **kontentlər yaradan bir sahibkarsan**.

### Metafora:

Sosial media = bağ.

Əkdin, qulluq etdin, indi isə böyütmək və məhsul yığmaq vaxtıdır.

Amma unutma, indi başladığın bu yolun davamı da var.

Daha professional, daha dərin və daha təsirli addımlar üçün, bu işin **heç kimin danışmadığı gizli sirri** var:

👉 **Storytelling** — yəni məhsulunu, xidmətini və ya biznesini hekayələrlə izah etmək.

Sadə dillə desək:

* Müştərinin hisslərinə toxunmaq,

* Onu özündə görmək,

* Onun başına gəlmiş bir hadisə kimi danışmaq,

* Və sonda satış etmək, amma bunu hiss etdirməmək.

### Tapşırıq:

1. Səhifəndə bir post yaz — problem + həll + səmimi nümunə və ya hekayə.

2. Bu postu yazdıqdan sonra görəcəksən ki, izləyicilər fərqli reaksiya verirlər.

## FİNAL VİDEOSU 👇

%[https://youtu.be/LO_QBKG49YE?si=UHIyFTlG572JiP4v]

# Xüsusi təklif:

Əgər istəyirsənsə, bu 7 günlük təməli daha da möhkəmləndirə bilərsən.

Mən bu mövzuda sənə **storitellinq əsaslı marketinq x**idmətimi, mentorluğumu və ya təlimimimi təklif edirəm.

Qısacası sənə aşağıdakı mövzularda kömək edə bilərəm:

* **Sosial media marketinq konsultasiya xidmətimdən** faydalan bilərsən.

* **1-1 mentorluq (fərdi dərs) proqramıma** qoşularaq hər şeyi özün bir-bir praktika edərək öyrənib tətbiq edə bilərsən.

Əgər "Bəli, mənə lazımdır" deyirsənsə, sadəcə mənə [instaqramdan](https://instagram.com/imamverdibehbudlu) bu barədə yazıb bildirməyin kifayətdir. Qismət olarsa, birlikdə məsafələr qət edərik 💙

Hörmətlə

[**Imamverdi Behbudlu**](https://instagram.com/imamverdibehbudlu)